Premyer Liqa klubu 38 yaşlı qapıçı transfer etdi

14:28 14 Sentyabr 2022

İngiltərənin "Everton" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Eldin Yakupoviçi transfer edib. Bu barədə Liverpul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

38 yaşlı "əlcək sahibi" ilə 2022-ci ilin sonuna kimi müqavilə imzalanıb. "Everton"un mətbuat xidməti komandanın qapıçıları Cordan Pikford və Endi Lonerqan zədəli olduğu üçün Yakupoviçlə qısamüddətli sözləşmə imzalandığını açıqlayıb.

 

Qeyd edək ki, Eldin Yakupoviçi 2017-2022-ci illərdə "Lester Siti"də çıxış edib. Təcrübəli qolkiper yayda "tülkülər"in sıralarını tərk edib. 


Digər xəbərlər

Xəbər xətti