Qadın güləşçimiz bürünc medal görüşünə vəsiqə qazandı

15:31 14 Sentyabr 2022

Azərbaycanın qadın güləşçisi Elis Manolova Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.

Qol.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı bu gün təsəlliverici qarşılaşmada türkiyəli Aslı Demirə sonuncu xal prinipinə əsasən (5:5) qalib gəlib.

Manolova bürünc medal uğrunda Kumba Larrokla (Fransa) görüşəcək.

Xatırladaq ki, bu gün Azərbaycanın daha iki qadın güləşçisi - Jalə Əliyeva (57 kq) və Alyona Kolesnik (59 kq) yarışda mübarizəyə başlayır.


Xəbər xətti