Cüdoçularımız dünya çempionatına İtaliyada hazırlaşacaq

09:13 15 Sentyabr 2022

Azərbaycan cüdoçuları oktyabrın 6-12-i aralığında Özbəkistanın paytaxtı Daşkənddə təşkil ediləcək böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə start verib.

Sportarena.az xəbər verir ki, sentyabrın 12-dən 16-dək İtaliyanın Riççione şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında milli komandanın 14 kişi və 2 qadın cüdoçusu iştirak edir.

Toplanışa 34 ölkədən 281 idmançı qatılıb.  


Digər xəbərlər

Xəbər xətti