UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turunun matçlarının ardından həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, Camal Musiala ("Bavariya"), Kevin De Bruyne ("Mançester Siti"), Kilian Mbappe(PSJ) və Ferran Xutqla (Brügge) ən yaxşı adına namizəddi.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.