Avropa Liqası: "Qarabağ" "Nant"ı darmadağın etdi - YENİLƏNİB

22:34 15 Sentyabr 2022

Avropa Liqasında çıxış edən "Qarabağ" ikinci turun oyununa çıxıb.

Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Nant"ı qəbul edib.

Ağdam təmsilçisi Avropa Liqasının ilk turunda "Frayburq"a 1:2 uduzmuşdu. Fransa kubokunun sahibi isə evdə "Olimpiakos"a eyni hesabla qalib gəlmişdi.

20:45 "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa) 3:0

Qollar: K.Ovusu, 60, A.Zubir, 65, M.Yankoviç, 72

Tofiq Bəhrəmov stadionu, Bakı
Baş hakim: Enea Yorgi  


Digər xəbərlər

Xəbər xətti