Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" növbəti transferə hazırlaşır.
Sportarena.az xəbər verir ki, Pirey klubu "Marsel"in hücumçusu Sedrik Bakambu ilə anlaşmaq üzrədi. 31 yaşlı forvard yaxın günlərdə Yunanıstana yollanaraq rəsmi müqaviləyə qol çəkəcək.
Konqo millisinin üzvün "Soşo", "Bursaspor", "Vilyarreal", "Beyjinq Qoan" klublarında çıxış edib.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti matçını bir həftə sonra Bakıda oynayacaq.