“Qarabağ”dan 3 qol gözləmirdik” - Antuan Kombuare

23:04 15 Sentyabr 2022

Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

O, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- Birinci hissədə yaxşı oynadıq. Amma qol vura bilmədik. Rəqib isə bundan yararlandı. İkinci hissədə 12 dəqiqəyə 3 qol vurdular. Buna görə onlara afərin deyirəm. Bravo!

- İstefa verməyi düşünürsüz?
- Təbii ki, yox. Futbolda udmaq da olar, uduzmaq da. “Qarabağ”ı revanş üçün gözləyəcəyik.

- Oyundan öncə fransalı azarkeşlər yazırdı ki, “uduzsanız, Fransaya gəlməyin”. Bu məğlubiyyəti necə izah edəcəksiz onlara?
- Mən bu suala cavab vermək istəmirəm. Biz evə qayıtmalıyıq. Qarşıda Liqa 1 çərçivəsində vacib görüşümüz var. Sosial şəbəkədə yazılanlara baxmıram və çox fikir vermirəm.

- Püşk atılarkən düşündüyünüz mənzərə ilə indiki mənzərə arasında nə kimi fərqlər var? 
- Bizim 6 oyunumuz var. Birini udduq, birini uduzduq. Çalışacağıq ki, bundan sonrakı oyunlarda da qalib gələk.

- “Qarabağ” haqqında bu günə qədər nə düşünürdüz, indi nə düşünürsüz?
- Mən əvvəl də demişdim, “Qarabağ” çox güclü komandadır. Əvvəldən bilirdik ki, çətin olacaq. Lakin 3 qol buraxacağımızı gözləmirdik. 


Digər xəbərlər

Xəbər xətti