"Qarabağ" Avropa Liqası qrup mərhələsinin ikinci turunun oyununda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub olub.
Sportarena.az xəbər verir ki, matçdan sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Riçard Almeyda jurnalistlərə açıqlama verib:
"Oyuna istədiyimiz kimi başlaya bilmədik. Ölkədə son 2-3 gündə baş verən hadisələr bizə də öz təsirini göstərmişdi. Birinci hissədə bunu daha çox hiss etdik. Amma ikinci hissədə istədiyimizi ortaya qoya bildik. Məqsədimiz qələbə qazanmaq idi. Buna da Nail olduq. Bu qələbəni döyüşlərdə qəhrəmancasına həlak olan oğullarımıza həsr edirik. Ordudan xoş xəbərlər alırıq. Ümid edirik ki, itirilən torpaqları geri qaytarmağa davam edəcəyik, bu konflikt tez bir zamanda bitəcək".