"Çətin oyun oldu. Belə bir çətin gündə bu cür matçda qələbə qazandığımız üçün ikiqat xoşbəxtik. İddiamızı ortaya qoyduq. Gələn oyunlara hazırlaşıb daha yüksək nəticələr əldə etmək üçün çalışacağıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sona jurnalistlərə açıqlamasında deyib.
"Əlbəttə ki, ilk hissənin başlanğıcında oyuna tam köklənə bilməmişdik. Buna görə çətinlik çəkdik. Sonrakı dəqiqələrdə isə daha yaxşı çıxış edib qollar vurduq" - deyə o bildirib.
B.Mustafazadə qazandıqları qələbənin 3-cü turda "Olimpiakos"la oyun öncəsi onlara motivasiya olduğunu söyləyib: "Üç xalımız var. Bunu daha da artırıb qrupdan çıxmaq üçün çalışacağıq".