“Çoxlu sayda şəhid vermişik, qələbəyə tam sevinə bilmirik” - “Qarabağ”ın qapıçısı

01:23 16 Sentyabr 2022

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Nant”a böyük hesabla qalib gəldikləri matç (3:0) barədə fikirlərini bölüşüb. 

Qolkiper jurnalistlərə açıqlamasında deyib:

"Əlbəttə, qalib gəlmək xoşdur. Amma çoxlu sayda şəhid vermişik. Buna görə tam sevinə bilmirik. Oyuna hazırlaşmaq çətin idi. Çünki bu hadisələr biz çox pis təsir edir. Şəhidlərin anaların, həyat yoldaşlarının, valideynlərinin, övladlarının videolarına baxırıq, çox ağırdır. Bu matça hazırlaşmaq psixoloji cəhətdən çətin idi". 


Digər xəbərlər

Xəbər xətti