"Yaxşı futbol sərgilədik və layiqli qələbə qazandıq" - Filio Ozobiç

01:41 16 Sentyabr 2022

"Qarabağ"ın futbolçusu Filip Ozobiç Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"a 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

O, jurnalistlərə açıqlamasında deyib:

"Yaxşı qələbə oldu. Amma nəzərə almaq lazımdır ki, bu, hələ qrupdakı ikinci oyunumuz idi. Qrupda daha 4 matçımız qalıb. Bu cür davam etməliyik. "Nant" böyük komandadır. Heyətində güclü futbolçular var. Rəqabətli liqada çıxış edirlər. Amma bu oyunda biz yaxşı futbol sərgilədik və layiqli qələbə qazandıq".


Digər xəbərlər

Xəbər xətti