İngiltərə çempionatı: "Mançester Siti" və "Tottenhem" inamlı qələbə qazandı

11:03 18 Sentyabr 2022

İngiltərə Premyer Liqasında 8-ci turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, daha 3 qarşılaşma baş tutub.

“Nyukasl” - “Bornmut” matçında qalib müəyyənləşməyib. Səfərdə “Vulverhempton”la qarşılaşan “Mançester Siti” darmadağınla qalib gəlib. “Tottenhem” isə “Lester Siti”ni doğma meydanda böyük hesabla məğlub edib.

8-ci turun “Brayton” – “Kristal Pelas”, “Mançester Yunayted” – “Lids” və “Çelsi” – “Liverpul” oyunları təxirə salınıb.

İngiltərə Premyer Liqası
8-ci tur

Vulverhempton – Mançester Siti 0:3
Qol: Qriliş, 1. Haland, 16. Foden, 69.

Nyukasl – Bornmut 1:1
Qol: İsak, 67-pen – Billinq, 62.

Tottenhem – Lester Siti 6:2
Qol: Keyn, 8. Dayer, 21. Bentankur, 47. Son, 73; 84; 87 – Tilemans, 6. Meddison, 41.


Digər xəbərlər

Xəbər xətti