Çempionlar Liqasının final matçı Avropadan kənarda keçirilə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə nüfuzlu AS nəşri məlumat yayıb. Qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşü ABŞ-da baş tuta bilər.
UEFA televiziya və sponsorlardan daha çox gəlir əldə etmək üçün belə bir qərar vermək istəyir. Qurumun növbəti həftə İstanbulda baş tutacaq icasında məsələ müzakirə olunacaq.