Dortmund "Borussiya"sının zədəli kapitanı Marko Roysun son durumu müəyyənləşib.
Klubun idman direktoru Sebastyan Kel Almaniya millisinin üzvünün topuq bağını yırtıldığını və onun təxminən 3-4 həftə yaşıl meydanlara kənar qalacağını bildirib. Beləliklə, o, DÇ-2022-də iştiak edə biləcək.
Qeyd edək ki, Roys Almaniya Bundesliqasının 7-ci turunda "Şalke" ilə matçda (1:0) zədələnmiş və meydanı xərəkdə tərk etmişdi.