"Arsenal" 3 cavabsız qolla qələbə qazandı - VİDEO

18:00 18 Sentyabr 2022

İngiltərə Premyer Liqasında 7-ci turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, "Arsenal" səfərdə "Brentford"un qonağı olub. Qarşılaşma London təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 18-ə yüksəldən "Arsenal" Premyer Liqanın lideridir. "Brentford" isə 9 xalla 9-cu pillədə qərarlaşıb.

 

"Brentford" - "Arsenal" 0:3

Qollar: Villiam Salibu, 17, Qabriel Jesuş, 28, Fabio Vieyra, 49 

 

 


Digər xəbərlər

Xəbər xətti