Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub. Sportarena.az xəbər verir ki, daha 4 qarşılaşma baş tutub.
“Başakşəhər” - “Fatih Karagümrük” matçı qolsuz bitib. 5 qolun qeydə alındığı “Trabzonspor” - “Qaziantep” matçında meydan sahibləri əzmkar qələbəyə sevinib. “Sivasspor” səfərdə “Ankaragücü” ilə dueldən məğlub ayrılıb. “Fənərbaxça” isə “Alanyaspor”u 5 cavabsız qolla yenib.
7 turdan sonra 16 xala malik “Adana Dəmirspor”la “Qalatasaray” şərikli liderdirlər. “Başakşəhər”, “Beşiktaş” və “Konyaspor”un hesabında isə 14 xal var. “Fənərbaxça” ilə “Trabzonspor” da 13 xal toplayıb.
Türkiyə Super Liqası
7-ci tur
Başakşəhər – Fatih Karagümrük 0:0
Trabzonspor – Qaziantep 3:2
Qol: Trezeqe, 14. Bakasetas, 42-pen. Bartra, 90+8 – Maksim, 2. Markoviç, 9.
Ankaragücü – Sivasspor 2:1
Qol: Beridze, 2. Sou, 44 – Njie, 48.
Fənərbaxça – Alanyaspor 5:0
Qol: D.Rossi, 5. Q.Henrike, 17. Krespo, 45+4. Valensiya, 70. İ.C.Kahveci, 76.