“Qarabağ” Azərbaycan çempionatlarında ən məhsuldar səfər oyununu keçirib.
Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının 7-ci turunda “Zirə”nin qapısına 7 qol vurub. Bu, bölgə təmsilçisinin səfər görüşləri üçün yeni rekorddur.
“Qarabağ” 1992-ci ildən keçirilən ölkə çempionatlarında yalnız öz meydanında 7 və ya daha çox qol vurmağı bacarmışdı. 7:1 hesablı qələbə qazanan ağdamlılar həm də ən böyükhesablı səfər qalibiyyətini təkrarlayıb. Bu, “Qarabağ”ın rəqib meydanındaki altı top fərqli 5-ci uğurudur.
Həmçinin sözügedən oyun “Zirə”nin 7 qol buraxdığı ilk qarşılaşmadır. Qəsəbə təmsilçisi tarixində 3-cü dəfə 6 top fərqilə uduzub.
Qeyd edək ki, Zirədəki oyun həm mövsümün ən məhsuldar matçı, həm də ən böyükhesablı nəticəsi olub.