UEFA Millətlər Liqasının qrup mərhələsinin beşinci turunda oynanılacaq Slovakiya - Azərbaycan görüşünün hakimləri bəlli olub.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakimi Villiam Kollumdu, Ona yan xətt hakimləri Devid Makgiçi və Frensis Konnor köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Doland Robertson yerinə yetirəcək.
Sentyabrın 22-də Trnavada keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.