AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
Sportarena.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Mehdiyeva qadınlar arasında Çexiyada “Sparta” (Praqa) və İtaliyanın “Roma” komandaları arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin 2-ci tur oyununda UEFA nümayəndəsi olacaq.
Sentyabrın 21-də keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.