"Qarabağ"ın futbolçusu Qara Qarayev UEFA Millətlər Liqasında Slovakiya və Qazaxıstanla oyunlar üçün milliyə dəvət olunmaması haqda özünün "İnstaqram" hesabında paylaşım edib.
O, baş məşqçi Canni de Byazinin qərarına hörmətlə yanaşdığını bildirib:
"Milli komandaya dəvət almamağımla bağlı mənə çoxlu suallar ünvanlanır. Təbii ki, millidən kənarda qalmaq ilk növbədə vətənini sevən bir azərbaycanlı kimi, daha sonra futbolçu kimi məni məyus edir. Amma seçmilə bağlı qərarara hörmətlə yanaşıram. Hazırda özümü yaxşı hiss edirəm. Dəvət olunmamağım zədə ilə bağlı deyil. Tam səmimiyətimlə inanıram ki, milliyə dəvət alan hər kəs orada olmağa layiqdir. İnanıram ki, komanda yoldaşlarım qarşıdakı iki oyunda yaxşı çıxış edəcəklər və onların uğur qazanacağına əminəm".
Q.Qarayev millimizə uğurlar arzulayıb: "Hər iki oyunda milli komandadan olan formamı geyib, komanda yoldaşlarıma mənəvi dəstək olacağam. “Qarabağ”a gəlincə isə 3 günlük istrahətdən sonra məşqləri bərpa edəcəyik. Bütün diqqətimi komandamın növbəti oyunlarına yönəldəcəyəm. Həm milli çempionatda, həm də avrokuboklarda uğurlu nəticə əldə etmək istəyirik. Sonda mənə dəstək olan və olmayan hər kəsə sonsuz təşəkkürlər!".