"Mançester Yunayted"in futbolçuları Moldovadan qida zəhərlənməsi ilə qayıdıblar.
Sportarena.az xəbər verir ki, sentyabrın 15-də Mançester təmsilçisinin üzvləri Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “ Şerif ”i məğlub etdikləri matçdan (2:0) dərhal sonra şəxsi təyyarə ilə İngiltərəyə qayıdıblar.
Növbəti gün klubun 12 futbolçusu özünü pis hiss edib. Bir neçə oyunçu cümə məşqini buraxıb, bəziləri şənbə günü məşqə başlayıb, qalanları isə şənbə günü məşq edə bilməyib. Klub zəhərlənməyə nəyin səbəb olduğunu araşdırır.