Marko Asensio "Barselona"ya keçə bilər

09:59 20 Sentyabr 2022

"Real"da heyətə düşməkdə çətinlik çəkən Marko Asensio komandanı tərk etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "kral klubu" ilə mövsümün sonunda bitməli olan müqaviləsinin müddətini uzatmayacaq.

 

Yerli mətbuat İspaniya millisinin üzvü ilə bağlı maraqlı iddia irəli sürüb. "Mundo Deportivo"da yer alan xəbərə görə, Asensionun xidmətində "Barselona" maraqlıdır. Katalonoya təmsilçisi 2023-cü ilin yayında azad agent statusunda olacaq ispan vingeri transfer etməyi düşünür.

 

Qeyd edək ki, Marko Asensio "Real"a 2015-ci ilin yayında "Malyorka"dan transfer olunub. O, cari mövsümdə Madrid təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 4 matçda meydana çıxıb. 


Digər xəbərlər

Xəbər xətti