"Nant"ın qapıçısı Fransanın əsas millisinə çağırıldı

12:11 20 Sentyabr 2022

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant"ın qapıçısı Alban Lafon Fransa millisinə çağırılıb.

O, zədə səbəbindən yığmanın düşərgəsini tərk edən "Tottenhem"in qapıçısı Huqo Llorisin yerinə yığmaya dəvət olunub. 23 yaşlı qolkiper ilk dəfə əsas milliyə çağırılıb.

Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 22-də Avstriya, 25-də isə Danimarka ilə qarşılaşacaq .

Xatırladaq ki, A.Lafon Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la matçda (0:3) qapısından 3 qol buraxıb.  


Digər xəbərlər

Xəbər xətti