"Yuventus"un zəif nəticələri Turin klubunun baş məşqçisi Massimiliano Alleqrini polisin müşayiəti ilə stadionu tərk etməyə məcbur edib.
A seriyasının 7-ci turunda "Monza"ya sensasiyalı məğlubiyyətdən (0:1) sonra mütəxəssis gücləndirilmiş təhlükəsizliklə maşınına qayıtmalı olub.
Qeyd edək ki, "Yuventus" ölkə çempionatında 10 xalla 8-ci pillədə qərarlaşıb.