Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

14:07 20 Sentyabr 2022

İtaliyalı dünya çempionu Fabio Kannavaro ölkəsində "Benevento"nun baş məşqçisi olacaq.

Bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, B Seriyasında çıxış edən komanda 49 yaşlı mütəxəssisə tapşırılacaq.

Qeyd edək ki, Fabio Kannavaro 2006-cı ildə yığma ilə dünya çempionu adını qazanıb. Keçmiş müdafiəçi son olaraq 2019-cu ildə Çin millisinin sükanı arxasında olub. 


Digər xəbərlər

Xəbər xətti