"Rusiya Avro-2024-ün püşkatmasında olmayacaq" - Ukrayna Futbol Assosasiyasının prezidenti

16:16 20 Sentyabr 2022

Rusiya millisi Avro-2024-ün püşkatmasında iştirak etməyəcək.

Bu barədə Ukrayna Futbol Assosasiyasının prezidenti Andrey Pavelko bildirib.

Pavelko daha əvvəl UEFA-dan Rusiyanın Avro-2024-ün püşkatmasında iştirakına mane olmağı tələb etdiklərini vurğulamışdı. Bu dəfə isə o, öz sosial şəbəkə hesablarında sözügedən ölkənin yarışda mübarizə aparmayacağını yazıb:

“Rusların hazırlaşmaq üçün heç bir şeyi yoxdur. Tələb olunduğu kimi, Rusiya oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərindəki püşkatma mərasimində olmayacaq. Ən azı 2024-cü ilə qədər onlar rəsmi beynəlxalq futbol yarışlarında iştirak etməyəcəklər. Avro-2024 Rusiyasız keçiriləcək”.

Qeyd edək ki, Avro-2024-ün final mərhələsi 2024-cü ildə iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti