Azərbaycan kuboku: İştirakçılar və püşkatma tarixi dəqiqləşdi

16:49 20 Sentyabr 2022

Ölkə kubokunda 2022/2023 mövsümünün iştirakçı komandalarının adına aydınlıq gəlib.

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqamızın bütün komandaları - "Qarabağ", "Neftçi", "Sabah", "Qəbələ", "Turan Tovuz", "Zirə", "Səbail", "Kəpəz", "Sumqayıt", "Şamaxı" mübarizə aparacaqlar. Həmçinin Birinci Divizion təmsilçiləri olan “Qaradağ Lökbatan”, MOİK, “Araz Naxçıvan” və “Mingəçevir” də Azərbaycan kubokunda yarışacaqlar.

​Azərbaycan kubokunun püşkatma mərasimi isə oktyabrın 19-da AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti