Ən çox İnstaqram izləyicisinə sahib olan futbolçuların SİYAHISI HAZIRLANDI

18:24 20 Sentyabr 2022

"Nielsen Sports" analitik şirkəti DÇ-2022-də oynayacaq futbolçular arasında ən çox İnstaqram izləyicisinə sahib olanların siyahısı hazırlayıb.

Siyahının hazırlanması zamanı oyunçuların hesablarında illik izləyicilərin sayının artması, əhatə dairəsi və həmçinin bir reklam postunun qiyməti də nəzərə alınıb.

Sıralamaya Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo liderlik edir. Argentina yığmasından Messi 2-ci, Braziliya millisindən Neymar isə 3-cüdür.

Siyahı belədir:

1. Kriştiano Ronaldo ("Mançester Yunayted"/Portuqaliya) – 480 milyon izləyici, post dəyəri - 3,585,218 milyon dollar

2. Lionel Messi (PSJ/Argentina) - 360 milyon abunəçi, post dəyəri - 2 631 388 dollar;

3. Neymar (PSJ/Braziliya) - 178 milyon abunəçi, post dəyəri - 1 152 495 dollar;

4. Kilian Mbappe (PSJ/Fransa) - 72,5 milyon abunəçi, post dəyəri - 1 173 157 dollar;

5. Vinisius Junior ("Real"/Braziliya) - 23 milyon abunəçi, post dəyəri - 685 120 dollar;

6. Kərim Benzema ("Real"/Fransa) - 58 milyon abunəçi, post dəyəri - 489 239 dollar;

7. Paulo Dibala ("Roma"/Argentina) - 49 milyon izləyici, post dəyəri - 491 547 dollar;

8. Nqolo Kante ("Çelsi"/Fransa) - 14 milyon abunəçi, post dəyəri - 525 178 dollar;

9. Pol Poqba ("Yuventus"/Fransa) - 55 milyon izləyici, post dəyəri - 407 542 dollar;

10. Serxio Ramos (PSJ/İspaniya ) - 53 milyon abunəçi, post dəyəri - 368 639 dollar.


Digər xəbərlər

Xəbər xətti