"Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu Aylton Silva karyerasını Rusiyada davam etdirəcək.
Sportarena.az xəbər verir ki, braziliyalı sol cinah müdafiəçisi qonşu ölkənin "Rodina" klubuna keçib. Bu barədə I Divizionda mübarizə aparan Moskava təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.
Aylton Silva 2015/2016 mövsümündə "Neftçi"də çıxış edib. O, 2019/2020 mövsümünü isə "Qarabağ"da keçirib. Futbolçunun son klubu Kipr "Pafos"u olub.