“Neftçi” ilə Peşəkar Futbol Liqasının rəhbərliyi arasında görüş keçirilib.
Sportarena.az xəbər verir ki, klubun inzibati binasında təşkil olunan görüşdə “Neftçi”nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, idman direktoru Zaur Əzizov, əsas komandanın baş meneceri Qədir Həsənov, PFL-in prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev iştirak ediblər.
Görüşə görə “Neftçi” rəhbərliyinə təşəkkür edən PFL-in prezidenti tanışlıqla yanaşı, əsas məqsədinin klubları narahat edən məqamlara vaxtında müdaxilə etmək olduğunu bildirib. “Neftçi”nin prezidenti Kamran Quliyev isə öz növbəsində Elxan Səmədovu PFL prezidenti seçilməsi münasibətilə bir daha təbrik edərək, ona heyəti ilə birlikdə uğurlar arzulayıb. Sonra Azərbaycan futbolunun hazırkı durumu və planlar barədə müzakirələr aparılıb.