U-21 millimiz "Şamaxı" ilə qarşılaşacaq

19:35 20 Sentyabr 2022

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində “Şamaxı” ilə yoxlama oyunu keçirəcək.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma sentyabrın 24-də, saat 19:00-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

 

Bundan əlavə, U-21-in hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub. “Səbail” klubunun üzvü Samir Abdullayev düşərgəyə qoşulub. 


Digər xəbərlər

Xəbər xətti