“Formula 1” üzrə Azərbaycan Qran-Prisinin tarixi açıqlandı

Sportarena.az      21 Sentyabr 2022 , 08:41

Formula 1 üzrə dünya çempionatının 2023-cü il mövsümünün təqvimi açıqlanıb. Gələn il keçiriləcək Azərbaycan qran-prisinin də tarixi dəqiqləşib.

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytının yaydığı məlumata görə, yarış 28-30 apreldə baş tutacaq.

Daha əvvəl 2018-ci və 2019-cu il qran-priləri həmin tarixə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda keçirilib. Bakı trasındakı son qran-pri bu il 10 - 12 iyunda gerçəkləşib. Yarışın qalibi "Red Bull"dan Maks Ferstappen olub.

2023-cü ilin 5 martında Bəhreyndə start götürəcək mövsümə noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində yekun vurulacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin