“Real” 80 milyon avroluq müqaviləyə hazırlaşır

11:40 21 Sentyabr 2022

“Real” klubu əsas sponsoru “Emirates” ilə müqaviləni 2026-cı ilə qədər uzatmağa yaxındır.  Bu barədə “Marca” məlumat yayıb.
 
Yeni müqaviləyə əsasən, “kral klubu”na komandanın nəticələrindən asılı olaraq 70 milyon avro və daha 10 milyon avro alacağına zəmanət veriləcək.
 
Tərəflər arasında əməkdaşlıq 2011-ci ildə başlayıb, lakin yalnız 2013-cü ildə “Emirates” “Real”ın baş sponsoru olub.
 
“Real” bu mövsüm La Liqada 18 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. 


Digər xəbərlər

Xəbər xətti