Almaniyalı məşqçi Tomas Tuhel “Bavariya”nı çalışdıra bilər.
Sportarena.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Mütəxəssis yenidən işə qayıtmaq istəyir. "Bavariya"ilə müqavilə üçün Tuhel az maaşa da hazırdır. Məşqçi ilə klub arasında hələ ki, danışıqlar aparılmayıb.
Hazırda Münhen komandasına Yulian Naqelsmann rəhbərlik edir. Komanda yeni mövsümdə Bundesliqada 7 turdan sonra cəmi 12 xal toplayıb və turnir cədvəlində beşinci yerdədir. Klub rəhbərliyi də Naqelsmannın postunda qalacağını açıqlayıb. Lakin Bundesliqada işləri yaxşı getməyən Münhen təmsilçisində növbəti xal itkiləri qeydə alınacağı halda, onun istefaya göndərilməsi ehtimalı böyükdür.