Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorka səfəri çərçivəsində FİFA Prezidenti Canni İnfantino ilə görüşüb.
Söhbət zamanı qarşıdan gələn dünya çempinatı müzakirə edilib.
Görüşdə İnfantino Ərdoğana DÇ-2022-nin xüsusi topunu hədiyyə edib. Türkiyə Prezidentinin hədiyyəni qəbul etdikdən sonra topa başla zərbə vurması maraq doğurub.