"Yaxşı nəticə qazanmaq istəyirik" - Canni De Byazi

21:00 21 Sentyabr 2022

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Slovakiyaya qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb. İtaliyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Komandada atmosfer yaxşıdır. Yaxşı nəticə qazanmaq istəyirik. Ümid edirəm ki, sabahkı görüşdən sonra da oyunçularda atmosfer yaxşı olacaq. 4 matçda göstərdiyimiz oyuna görə az xal yığmışıq. Slovakiya ilə qarşılaşmada əldə olunan imkanlardan istifadə etmək istəyirik. Hər şey özümüzdən asılıdır. Rəqibdən qorxmamalıyıq. Slovakiyanın heyətində yaxşı futbolçular var. Şkrinyar, Lobotka kimi ulduzlara məxsus komandadır”.
 
De Byazi “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin yığmaya çağırılmamasına da münasibət bildirib. O, 30 yaşlı futbolçunun məsələdən xəbərdar olduğunu söyləyib: “Qara Qarayev buraya gəlməməsinin səbəbini yaxşı bilir”.
 
Sabah Trnava şəhərində keçiriləcək Slovakiya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. 


Digər xəbərlər

Xəbər xətti