Azərbaycan millisinin futbolçusu Emin Mahmudov sabah Millətlər Liqasının 5-ci turunda Slovakiya ilə keçirəcəkləri səfər oyunu barədə fikirlərini bölüşüb.
O, matçdan əvvəl təşkil olunan mətbuat konfransında yaxşı nəticə əldə etməyə çalışacaqlarını bildirib:
"Komandada ab-hava yaxşıdır. Rəqibə sürpriz hazırlamışıq. Baş məşqçi necə oynayacığımızı izah edib. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə və meydanda vuruşaraq yaxşı nəticə əldə etməyə çalışacağıq".
Qeyd edək ki, sabah keçiriləcək Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.