UEFA yeni turnir yaratmağa hazırlaşır

10:29 22 Sentyabr 2022

UEFA avrokubokların qaliblərinin və MLS (ABŞ çempionatı) klublarının iştirak edəcəyi yeni turnir yaratmaq istəyir.

Bu barədə “The Guardian” məlumat yayıb.

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası qaliblərinin oynayacağı Avropa Superkubokunu əvəz edəcək yeni turnirin yaradılması ideyasını nəzərdən keçirir. Hazırda yeni turnirin təşkili ilə bağlı danışıqlar aparılır.

Yeni turnirdə dörd yarışın iştirakçılarının - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qalibləri, həmçinin MLS-in qalibi olan komandanın olacağı planlaşdırılır. UEFA Amerika bazarını futbolun inkişafı üçün son dərəcə perspektivli istiqamət hesab edir.


Xəbər xətti