“Olimpiakos”un yeni baş məşqçisi futbolçu çoxluğundan şikayətləndi

11:15 22 Sentyabr 2022

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u bir neçə futbolçusunu əsas komandadan uzaqlaşdıracaq.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, bu barədə Pirey təmsilçisinin yeni baş məşqçisi Xose Miçel bildirib. 

O, oyunçu çoxluğunun komandaya mənfi təsir etdiyini söyləyib: "Bu, həm məşqçi, həm də komadanın özü, həm də futbolçular üçün problemdir. Ona görə də klub prezidentindən xahiş etmişəm ki, qapıçılar istisna olmaqla, məşqlərdə futbolçu sayı 24-dən çox olmamalıdır".

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti  matçını isə oktyabrın 13-ü Bakıda keçirəcək.

Xatırladaq ki,Yunanıstan klubu qrup görüşləri  üçün 31 oyunçu sifariş edib. 


Digər xəbərlər

Xəbər xətti