"Qalatasaray"ın sabiq baş məşqçisi və sabiq futbolçusu Hasan Şaş karyerası haqda danışıb.
O, futbola qayıtmayacağını deyib: "İki ildir futbol camiəsindən uzağam. Daha futbolla maraqlanmıram. Futbolla bağlı karyera planlaşdırmıram. Buna görə də heç yerdə futbol haqda danışmıram və bundan sonra da danışmayacağam".
Qeyd edək ki, futbolçu kimi 11 il (1998-2009) “Qalatasaray”da çıxış etmiş keçmiş yarımmüdafiəçi 2011-2013-cü illərdə komandanın məşqçisi olub. O, 2018-ci ildə yenidən “sarı-qırmızılar”a qayıdaraq baş məşqçi Fatih Terimin köməkçisi təyin edilmişdi. O, 2020-ci ilin mayında "Qalatasaray"dan ayrılıb.