Azərbaycan millisinin Millətlər Liqasının C3 qrupunun 5-ci turunun Trnavada Slovakiya yığması ilə keçirəcəyi oyun üçün iştirak ərizəsindən üç futbolçu kənarda qalıb.
Sportarena.az xəbər verir ki, milliyə dəvət edilmiş 26 futbolçudan 23-ü yekun ərizəyə daxil olub. Mahir Emrəli diskvalifikasiyaya görə Slovakiya qarşısına çıxmayacaq. Canni De Byazi Rüstəm Əhmədzadə və Qismət Aliyev isə yekun heyətə daxil etməyib.
Slovakiya - Azərbaycan görüşü bu gün Anton Malatinski stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.