Avropa Liqasının rəsmi "Feysbuk" səhifəsi turnirin qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısını təqdim edib.
Siyahıda "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə də yer alıb. O, 2 oyunda 8 dəfə topu uzaqlaşdırıb. Bu nəticə ilə Bəhlul Hrvoye Miliçeviç (AEK), Krsitan Burgesslə ("Union" Belçika) birgə 3-5-ci bölüşdürür.
Birinci pillədə Ağdam təmsilçisinin qrup mərhələsindəki rəqibi Fransa "Nant"ının futbolçusu Nikolya Pallua (12) qərarlaşıb. Macarıstan "Ferentsvaroş"undan Sami Mmae (11) 2-cidir.