“Qarabağ” “Viktoriya”dan daha yaxşı idi” - Stanislav Çerçesov

17:06 22 Sentyabr 2022

Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la oyunlarda uğursuz olmalarının (1:1, 1:3) səbəbini açıqlayıb. Rusiya mətbuatına danışan Çerçesov, ÇL-in pley-offunda “Qarabağ”ın “Viktoriya”dan (Plzen, Çexiya) da güclü olduğunu deyib:
 
“Bir büdrəmə, bir uğursuz gün, ötürmə, yanlış fitlə hər şey bitə bilər. “Qarabağ”la evdəki oyunda da belə alındı. Oyunun əvvəlində bizim qapıdan uzaqlaşmaqda olan rəqib hücumçuya ötürmə ilə demək olar ki, özümüzə qol vurduq. Təkbətək və artıq 5-ci dəqiqədə hesab 0:1 oldu. Azərbaycan komandası ilə səfərdə keyfiyyətli futbol oynayıb, 1:1 hesablı heç-heçəyə nail olmuşduq. Evdə isə belə başladıq və vəziyyəti dəyişməyi bacarmadıq.
 
Yeri gəlmişkən, “Qarabağ” Çempionlar Liqasının pley-offunda “Viktoriya”dan da yaxşı idi. “Qarabağ”ın qapıçısı bizimlə oyunda yüksəlişdə idi və hər topu tuturdusa, orada fərqli alındı. Azərbaycan çempionu rəqibdən güclü oynadı, amma Çempionlar Liqasının qrupuna düşə bilmədi. “Qarabağ” ənənələrə malik və səviyyəli komandadır”.
 
Çempionlar Liqası ilə vidalaşan “Ferentsvaroş” Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. 


Digər xəbərlər

Xəbər xətti