Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Nant" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Fransa klubu "Mets"dən müdafiəçi Fabyen Santonzu transfer edib. Bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.
27 yaşlı sağ cinah müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Fabyen Santonz "Mets"ə 2019-cu ilin yayında "Lans"dan transfer olunmuşdu. Fransalı müdafiəçi komandanın heyətində meydana çıxdığı 91 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin ikinci turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında ikinci oyun oktyabrın 27-də Fransada olacaq.