Millətlər Liqası: İtaliya İngiltərəyə qalib gəldi, Almaniya Macarıstana məğlub oldu - YENİLƏNİB

00:39 24 Sentyabr 2022

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində V turun digər oyunları keçirilib. A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda Almaniya Macarıstanı, İtaliya isə İngiltərəni qəbul edib. Bu qrupda yalnız britaniyalılar qrup lideri olmaq şansını itirib. İngiltərə yığması İtaliyaya uduzacağı təqdirdə B Liqasına düşəcək. Macarlar qələbə sayəsində dördlər finalına vəsiqə əldə edə bilər. Bunun üçün İtaliyanın xal itirməsi lazımdır.

B Liqasının 3-cü qrupunda Bosniya və Herseqovina Monteneqro ilə, Finlandiya isə Rumıniya ilə üz-üzə gəlib. Bosniya və Herseqovina rəqibini məğlub etsə, A Liqasına yüksələcək.

Gürcüstan millisi C Liqasının 4-cü qrupunda Şimali Makedoniyanı, Bolqarıstan isə Cəbəllütariqı sınağa çəkib. Gürcüstan seçməsi rəqibinə uduzmasa, B Liqasında yerini təmin edəcək.

Nəhayət, D Liqasında Estoniya Maltanı qəbul edib. Meydan sahiblərinə C Liqasına yüksəlmək üçün heç-heçə də kifayət edəcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
23 Sentyabr

A Liqası, 3-cü qrup

22:45. Almaniya - Macarıstan 0:1
22:45. İtaliya - İngiltərə 1:0

B Liqası, 3-cü qrup

22:45. Bosniya və Herseqovina - Monteneqro 1:0
22:45. Finlandiya - Rumıniya 1:1

C Liqası, 4-cü qrup

20:00. Gürcüstan - Şimali Makedoniya 2:0
22:45. Bolqarıstan - Cəbəllütariq 5:1

D Liqası, 2-ci qrup

20:00. Estoniya - Malta 2:1


Digər xəbərlər

Xəbər xətti