Bundesliqa klubunda şok itki: Onkoloji xəstəlik aşkarlandı

10:41 23 Sentyabr 2022

Almaniyanın "Herta" klubunun futbolçusu Jan Pol-Boetyus karyerasını dayandırıb. Sportarena.az xəbər verir ki, bu barədə Berlin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Buna 28 yaşlı yarımmüdafiəçidə onkoloji xəstəliyin aşkarlanması səbəb olub.
 
Jan Pol-Boetyus cari ilin yayında azad agent kimi "Herta"ya keçib. Niderlandlı oyunçu daha əvvəl "Maynts"da çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti