"Rəqib iki dəfə qapımıza yaxınlaşdı, hər ikisində qol vurdu" - Milan Şkrinyar

Sportarena.az      23 Sentyabr 2022 , 10:55
Slovakiya yığmasının kapitanı Milan Şkrinyar Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən oyunu dəyərləndirib. 27 yaşlı müdafiəçi Trnavadakı 1:2 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb.
 
O, fasilədən sonra daha yaxşı çıxış etdiklərini söyləyib:
 
“Əlimizə düşən imkanları dəyərləndirməliyik. İkinci hissədə kifayət qədər qol şansı yaratsaq da, qola çevirə bilmədik. Rəqib iki dəfə qapımıza yaxınlaşdı, hər ikisində qol vurdu. Birinci hissədə Azərbaycan yığması çox yaxşı qapandı. Fasilədə müəyyən dəyişiklik oldu, ikinci hissədə yaxşı və sürətli oynadıq. İkinci yarıdakı performansımız bundan sonrakı matçlarda toparlanmağımız üçün səbəb olmalıdı”.
 
Qeyd edək ki, 5 turdan sonra Azərbaycan 7 xalla ikinci, Slovakiya isə 6 xalla üçüncü pillədə qərarlaşıb.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin