Azərbaycan millisinin oyunçusu Şahruddin Məhəmmədliyev Millətlər Liqasının ən yaxşı qapıçıları sırasında yer alır.
UEFA-nın statistikasına əsasən, Məhəmmədliyev ən çox seyv edən qapıçılar sırasında 4-cü yeri tutur. O, 5 oyunda 17 dəfə top qaytara bilib. İlk pilləni isə Qazaxıstan millisinin qapıçısı İqor Şatskix tutur - 5 matç, 21 seyv.
İkinci yerdə Antoni Moris (Lüksemburq. 5 oyun, 17 seyv), üçüncü yerdə Benyamin Byühel (Lixtenşteyn. 5 oyun, 18 seyv) qərarlaşıb. İlk beşliyi İtaliya millisinin qapıçısı Canluici Donnarumma tamamlayıb (4 oyun, 16 seyv).