Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulacaq. 3-cü oyun günündə A, B, və C Liqalarında ümumilikdə 9 oyun keçiriləcək.
A Liqasının 2-ci qrupunda İspaniya İsveçrəni, Çexiya Portuqaliyanı qəbul edəcək. Pireneylilər qələbə sayəsində final mərhələsinə vəsiqə qazana bilər. Bunun üçün Çexiya da evdə portuqaliyalıları məğlub etməlidir.
B Liqasının 1-ci qrupunda Ukrayna səfərdə Ermənistanla, İrlandiya Şotlandiya ilə qarşılaşacaq. Ukrayna yığması bu görüşdə xal itirəcəyi, Şotlandiya seçməsi isə qalib gələcəyi halda, britaniyalılar qrup liderliyini vaxtından əvvəl təmin edəcək.
2-ci qrupda 1 oyun baş tutacaq. İsrail evdə Albaniyanı sınağa çəkəcək. Meydan sahibləri rəqibini məğlub edəcəyi təqdirdə, adını pley-offa yazdıracaq.
4-cü qrupda Norveç səfərdə Sloveniya ilə, İsveç Serbiya ilə üz-üzə gələcək. Serblərin məğlubiyyəti son turu formallığa çevirə bilər. Bunun üçün Norveçə heç-heçə də kifayət edəcək və bu komanda A Liqasına yüksələcək.
Nəhayət, C Liqasının 2-ci qrupunda Şimali İrlandiya evdə Kosovo ilə, Kipr isə Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Sonuncular bu görüşdə uduzmasa, sona 1 tur qalmış həm pley-offa, həm də B Liqasına vəsiqəni təmin edəcək
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
24 sentyabr
A Liqası, 2-ci qrup
22:45. İspaniya - İsveçrə
22:45. Çexiya - Portuqaliya
Xal: İspaniya – 8. Portuqaliya – 7. Çexiya – 4. İsveçrə – 3.
B Liqası, 1-ci qrup
17:00. Ermənistan - Ukrayna
22:45. Şotlandiya - İrlandiya
Xal: Şotlandiya – 9. Ukrayna – 7. İrlandiya – 4. Ermənistan – 3.
B Liqası, 2-ci qrup
22:45. İsrail - Albaniya
Xal: İsrail - 5, İslandiya - 3, Albaniya - 1, Rusiya - 0
B Liqası, 4-cü qrup
20:00. Sloveniya - Norveç
22:45. Serbiya - İsveç
Xal: Norveç – 10. Serbiya – 7. İsveç – 3. Sloveniya – 2.
C Liqası, 2-ci qrup
20:00. Şimali İrlandiya - Kosovo
22:45. Kipr - Yunanıstan
Xal: Yunanıstan – 12. Kosovo – 6. Şimali İrlandiya – 2. Kipr - 2.