Əfsanəvi idmançı karyerasını məğlubiyyətlə başa vurdu

Sportarena.az      24 Sentyabr 2022 , 12:37
İsveçrəli tennisçi Rocer Federer karyerasını başa vurub. 41 yaşlı idmançı ötən gün sonuncu oyununu keçirib və karyerasını məğlubiyyətlə tamamlayıb.
 
Onun üçün son görüş Rafael Nadalla birlikdə Cek Sok və Frensis Tiafla (6:4, 6:7, 9-11) uduzduğu Leyver Kubokunun cütlük oyunu olub.
 
Leyver Kubokundan əvvəl Federer dizindən aldığı zədə səbəbindən bir ildən çox oynamayıb.
 
Federer 20 qat “Böyük Dəbilqə” çempionudur. 2009-cu ildən 2022-ci ilin əvvəlinə kimi o, bu göstərici üzrə rekordçu olsa da, sonra onu Rafael Nadal və Novak Cokoviç geridə qoyub.
 
Federer ən titullu “Uimbldon” (8 qələbə) və “US Open” çempionu (5 qələbə) olub.
 
Ümumilikdə Federerin hesabında 103 titul var. Bu göstərici kişilərin tennis tarixində daha çox yalnız Cimmi Konnorsda (109) olub.
 
İsveçrəli 310 həftə dünyanın ən yaxşı raketkası olub. 2021-ci ilin martına qədər bu nəticə tarixin ən yaxşısı olsa da, onu Novak Cokoviç üstələyib. Federer 237 həftə ardıcıl birinci olmaq rekorduna sahibdir.
 
Bundan əlavə, Federer Devis Kubokunun qalibi və cütlüklər üzrə Pekin 2008 Olimpiya çempionudur.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin